YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: 2015-ci il də ötən illər kimi Azərbaycan tarixində uğurlu illərdən biri kimi yadda qalacaq

«Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçrilən siyasət nəticəsində 2015-ci il də ötən illər kimi Azərbaycan tarixində uğurlu illərdən biri kimi yadda qalacaq». Bu fikri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, ölkənin dinamik inkişafına nail olunmuş Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edilmişdir. Onun sözlərinə görə, bütövlükdə Azərbaycanda iqtisadi sahədə aparılan siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir.

«Davos Ümumidünya Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu onu göstərir ki, Azərbaycanda social-iqtisadi inkişaf sahəsində hərtərəfli düşünülmüş düzgün siyasət aparılır. 2015-ci ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Azərbaycanın apardığı müstəqil prinsipial xarici siyasət kursu dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Hər bir məsələ ilə bağlı Azərbaycan prinsipial mövqeyini nümayiş etdirmişdir. Əlbbətdə bu siyasət bəzi anti Azərbaycan qüvvələrini narahat edir. Ancaq bu cür təzyiqlər, hədə-qorxular Azərbaycanı seçdiyi müstəqillik yolundan döndərə bilməyəcəkdir. Dövlətimiz Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla irəliyə doğru inkişaf edəcək»- deyə, R.Əliyev vurğulayıb.