YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il 36 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2015-ci ilin dekabr ayı ərzində 275,278 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Ay ərzində 43 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, ötən il ərzində 36 milyon 335 min 48 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib və 24 min 497 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər minaaxtaran mütəxəssis və 123 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb edilib.

İndiyədək cəmi 314,730,926 kvadratmetr ərazi təmizlənib, 713,938 mina və PHS tapılıb zərərsizləşdirilib.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli və Tərtər rayonlarında davam etdirilir.