YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Həmsədr dövlətlər istəsələr Ermənistanı sülhə məcbur edə bilərlər

«Təəssüf ki, ötən ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir irəliləyiş olmadı». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, münaqişənin həll olunmamasının səbəbkarı işğalçı Ermənistandır. Onun sözlərinə görə, Ermənistan sülh danışıqlarında iştirak etməklə dünya ictimaiyyətini aldatmağa çalışır.

«Eyni zamanda, ermənilərin xarici havadarları bu problemin həllinə imkanvermirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri də öz vəzifələrini regiona səfər etməkdə görürlər. Əgər həmsədr dövlətlər istəsələr Ermənistanı sülhə məcbur edə bilərlər. Amma bunu istəmirlər. Əgər vəziyyət belə davam etsə, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək»- deyə, E.Məmmədov qeyd edib.