YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR: İtkin düşmüş neftçilərin ailə üzvləri axtarışlarda iştirak edirlər

Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 nömrəli və “Günəşli” yatağındakı 10 nömrəli özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq onların da helikopterlər vasitəsilə axtarış işlərində iştirakını təmin edib. İtkin düşənlərin ailə üzvləri 3 helikopterdə axtarış briqadası ilə birlikdə Xəzərin Azərbaycan sektorunda aparılan bu işlərə cəlb olunub. Helikopterlər artıq qəza rayonuna çatıb, ərazidə axtarış işlərinə qoşulublar.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.