YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır

«Bu gün ölkəmiz enerji, nəqliyyat sahəsində, qlobal layihələrdə iştirak edən dövlət, eləcə də çoxsaylı tədbirlərin keçirildiyi bir mərkəzdir. Belə bir məqamda görülən işləri, aparılan islahatları ölkə ictimaiyyətinə çatdırmaqda Azərbaycan mətbuatı mühüm rol oynayır». Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki,  mətbuat cəmiyyətdə baş verən olayları ölkə ictimaiyyətinə çatdırır. Onun sözlərinə görə, mətbuata olan münasibət kifayət qədər diqqəti cəlb edir.

«İndiki şəraitdə ölkə mətbuatı dövlət tərəfindən təminatlı mətbuatdır. Bu missiyanı Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu  həyata keçirir. Bununla belə, jurnalistlərin sosial problemlərinin həlli baxımından Azərbaycan jurnalistikası təminatlı mətbuata çevrilib. Bu sahədə çalışan jurnalistlər mənzillərlə təmin olunurlar. Azərbaycan mətbuatı milli və vətənpərvər mətbuatdır»- deyə, Ə.Amaşov vurğulayıb.