YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərdi jurnalist yazıları müsabiqəsində I yerə layiq görülmüş media mənsubları mükafatlandırılıblar

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media mənsublarının mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış media təmsilçiləri iştirak ediblər.

Fondun icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb. O, Fondun yarandığı gündən mətbuatın maddi-texniki problemlərinin həlli, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək jurnalistləri təbrik edib, onlara uğurlar arzulayıb. Əli Həsənov 2015-ci ilin Azərbaycan milli mətbuatı və ümumilikdə milli kütləvi informasiya vasitələri üçün uğurlu il olduğunu diqqətə çatdırıb.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.