YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni hədəflər naminə” mövzusunda konfrans keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının  təşkilatçılığı ilə “Yeni hədəflər naminə” mövzusunda konfrans keçirilib. Konfransda dövlət və hökumət nümayəndələri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları iştirak ediblər.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov konfransı açaraq, başa çatmaqda olan bu ildə tariximizə yazılan mühüm hadisələrin yaşandığını qeyd edib. Baş nazirin müavini belə hadisələrdən birinin ölkəmizdə keçirilən parlament seçkiləri olduğunu vurğulayıb. O, bildirib ki, YAP bu seçkilərdə yenə də qələbə qazandı: «Bu qələbənin əsasında xalqın Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə sevgisi, onun siyasətini dəstəkləməsi, dövlətimizin başçısının cəmiyyətdə yüksək siyasi reytinqi dayanır. Təbii ki, burada YAP-ın namizədlərinin hər birinin siyasi nüfuzunun da öz təsiri var».

Əli Əhmədovun sözlərinə görə, 2015-ci ilin ən vacib hadisələridən biri də ölkəmizdə ilk Avropa Oyunları oldu. «Azərbaycan ötən 10 il ərzində yeni bir ölkə, müasir bir cəmiyyət kimi formalaşıb. 2016-cı ildə ölkəmiz öz inkişafını davam etdirəcək. Qarşıda Azərbaycanın inkişafının yeni modelinin formalaşdırılması kimi mühüm bir tapşırıq dayanır. Azərbaycan iqtisadiyyatının yeni və sürətli inkişaf modelinə keçidi günümüzün zərurətinə və sosial sifarişə çevrilib. Cənab Prezident İlham Əliyev bununla bağlı hədəfləri müəyyənləşdirib. Bu hədəflərdən biri də Azərbaycanda insanların rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli ilə həyata keçiriləcək. Hər birimiz inanırıq ki, həmin vəzifələr möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında layiqincə yerinə yetiriləcək. Azərbaycan özünün inkişaf modelində korrektələr etməklə yeni mərhələyə qədəm qoyacaq. 2016-cı ildə daha əzəmətli uğurların, qələbələrin şahidi olacağıq»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, YAP Sədrinin müavini, akademik Akif Əlizadə çıxışında bildirib ki, Prezident İlham Əliyevin on ildən artıq müddətdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə strateji mövqeləri möhkəmlənib, ölkəmiz regionun lider dövlətinə çevrilib: «Müasir dünyada elm sürətlə inkişaf edir. Elmin inkişafı artıq yeni mərhələyə qədəm qoyub. Respublikamızda da elmi potensialın inkişafı mühüm prioritetlərdən biridir».

A.Əlizadə bildirib ki, istər dünyada, istərsə də regionda gedən siyasi proseslər Azərbaycanda sabitliyə təsir edə bilməyib. Prezident İlham Əliyevin dünyada intellekti ilə fərqlənən liderlərdən biri olduğunu deyən A.Əlizadə qeyd edib ki, son 10 ildə Azərbaycan inkişaf edərək regionun lider ölkəsinə çevrilib.

Konfransda kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək son iki ildə aqrar sahədə görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb. O, bildirib ki, son iki ildə bu sahədə görülən işlərin əsas hədəfini həmin sektora dövlət dəstəyinin artırılması ilə xarakterizə etmək olar. Belə ki, dövlət bu sahənin inkişafına hərtərəfli dəstək göstərir. Bu dəstəyin sayəsində də yaxın gələcəkdə aqrar sahədə böyük inkişaf  baş verəcək.

DİGƏR Xəbərlər Arxiv