YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov: Dərmanların qiymətlərinin süni surətdə şişirdilməsinə imkan verilməyəcək

«Manatın dollara olan məzənnəsinin enməsi ilə əlaqədar olaraq təbii ki, dərmanların qiymətlərində dəyişikliklər aparılacaq və bu məzənnəyə uyğunlaşdırılacaq». Bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov jurnalistələrə açıqlamasında deyib.

 Əli Əhmədov  bildirib ki, Azərbaycanda dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimlənir.  Onun sözlərinə görə, belə bir addımı atmaqla hökumətin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bir sıra hallarda dərmanların qiymətlərində müşahidə olunan süni qiymət artımlarından əziyyət çəkməsinlər.

«Buna da nail olunub. Məlum hadisə ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılacaq, dərmanların qiymətləri məzənnədə baş verən dəyişikliklərə uyğunlaşdırılacaq. İndi də atılan addım ondan ibarət olacaq ki, iş adamları, Azərbaycana dərman idxal edən sahibkarlar ziyana düşməsinlər. Dərmanların qiymətləri ilə bağlı optimal bir variant işlənib hazırlanacaq. Dərmanların qiymətlərinin süni surətdə şişirdilməsinə imkan verilməyəcək. Manatın məzənnəsinin aşağı düşməsinə uyğun şəkildə qiymətlər yenidən müəyyənləşdiriləcək və heç kim ziyanda qalmayacaq»- deyə, Baş nazirin müavini vurğulayıb.