YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni inzibati binasının açılışı olub

Bu gün  Yeni Azərbaycan Partiyası  Yasamal rayon təşkilatının yeni inzibati binasının açılışı mərasimi olub.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov və YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov açılışı bildirən qırmızı lenti kəsiblər.

Tədbir iştirakçıları ilk olaraq binanın foyesində Ulu öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyublar.

Bina ilə tanışlıqdan sonra YAP-ın fəaliyyəti ilə bağlı video-çarxa baxış keçirilib.

Açılış mərasimində Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, YAP Yasamal rayon təşkilatının yeni inzibati binasının Azərbaycan Prezidenti İlham Əliyevin doğum günündə istifadəyə verilməsi rəmzi xarakter daşıyır. Onun sözlərinə görə, bu yeni bina Yasamal rayon təşkilatının fəaliyyətinin daha da yaxşılaşmasına, nüfuzunun artmasına təsirini göstərəcək. Bina YAP-ın öz imkanları hesabına inşa olunub.

Tədbirdə bildirilib ki, binanın tikintisinə 2015-ci ildə başlanılıb. Birinci mərtəbədə Heydər Əliyevin büstü, eyni zamanda Heydər Əliyev guşəsi yerləşir. Binada təlimatçı otaqları, arxiv, texniki, gənclər və digər zəruri otaqlar var. Üçüncü mərtəbədə böyük və kiçik konfrans zalları yerləşir. 170 yerlik böyük konfrans zalı müasir İKT avadanlıqları ilə təchiz olunub.