YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Biz şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik

Biz Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" münasibətilə keçirilən təntənəli mərasimdə bildirib.

Z.Həsənovun sözlərinə görə, müasair müstəqil Azərbaycan Respublikası Ulu öndərimizin şah əsəridir. Əbədiyaşar Ali Baş Komandanımız mütəşəkkil Azərbaycan Ordusunun memarı və qurucusudur. Bu gün təntənəsinə toplaşdığımız hərbi lisey isə dahi rəhbərimizin möhtəşəm yadigarlarındandır: "Ölkəmiz Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalanda, düşmən torpaq iddiaları ilə Qarabağa hücum çəkəndə Vətənin çağırışna ilk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri gəldilər. Onlarla zabitimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu, öz sağlamlıqlarını itirdi. Mən bu gün şəhidlərimizin əziz xatirəsi önündə ehtiramla baş əyir və böyük inam hissi ilə bəyan edirəm ki, Heydər Əliyevin siyasi, iqtisadi, sosail-mədəni siyasətini uğurla davam etdirən, prezident kimi fəaliyyətinin əsas prioriteti ordu quruculuğu olan Ali Baş Komandanımızın rəhbərliyi ilə biz şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik". /Trend/

Müdafiə naziri qeyd edib ki, bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikasında irimiqyaslı hərbi təlimlər keçirilirdi. Neçə illərdir ki, blokada şəraitində yaşayan Naxçıvan dinamik sürətlə inkişaf edir və etibarla qorunur. Digər bölgələrimizdə olduğu kimi bu qədim və yeniləşən diyarda da hərbi strukturlarımız gündən-günə güclənir, qüdrətlənir, şəxsi heyətdə böyük ruh yüksəkliyi var, ordu ilə xalqın birliyi istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə bizə imkan verir: "Azərbaycan Prezidenti İlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaqdır".