YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Layihə Azərbaycana qarşı birgə təxribat əməlidir

«Helsinki Komissiyası ABŞ Konqresi ilə əlaqəsi olan, ancaq Konqresə aid olmayan bir qurumdur. Kris Smit Ermənistanın mövqeyini Konqresdə əks etdirmək, Azərbaycan-Amerika maraqlarına xələl gətirmək üçün reallıqdan kənar sənəd hazırlayaraq Konqresə təqdim edib». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri  Səməd Seyidov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

S.Seyidov bildirib ki, bu, ermənipərəst, anti-Azərbaycan qüvvələrin növbəti hiyləgər cəhdidir. Onun sözlərinə görə, ABŞ Konqresinə ildə 4 min bunun kimi sənəd daxil olur. Onların içərisindən ABŞ-ın maraqlarına xidmət edən 120-130 sənəd qəbul edilir. Bu sənədin qəbul olunması ehtimalı sıfırdır”.

«Azərbaycanda insan haqlarının təminatı məsələsində müntəzəm olaraq yüksək səviyyəli işlər aparılır, ölkəmizin dünyada nüfuzu artır və bu, bütün dünyanın gözü qarşısındadır. Hər ilin sonunda Prezident tərəfindən ənənəvi olaraq əfv fərmanı imzalanır. Erməni diasporası bunların qaşısını almaq üçün təkcə ABŞ-da deyil, başqa ölkələrdə də işlərə başlayıb. ABŞ Konqresinə təqdim olunmuş sərsəm sənəd Azərbaycana qarşı qərəzli olaraq konteksdən çıxarılmış ermənipərəst qüvvələrin fəaliyyəti ilə bağlıdır. K.Smit belə bir qanun layihəsi ilə çıxış etməklə ölkəmizi təxribata çəkmək istəyir. Dekabrın 16-da K.Smit çıxışında deyib ki, bu gün Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik. Bu, göstərir ki, onun təqdim etdiyi qanun layihəsi də əvvəlcədən planlaşdırılıb. Layihə Azərbaycana qarşı birgə təxribat əməlidir. Lakin onu da bilmək lazımdır ki, bu, yalnız bir qrup şəxsin mövqeyidir»- deyə, S.Seyidov vurğulayıb.