YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq uğurla inkişaf edir

Dekabrın 17-də İstanbulda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri ölkələrimiz arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər.

Tərəflər bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkiyə 8-ci yüksək səviyyəli hərbi dialoq iclasının nəticələrini əks etdirən yekun Protokolunun imzalanmasını xüsusi qeyd edərək Silahlı qüvvələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər barədə müzakirələr aparıblar.