YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR: itkin düşmüş 26 neftçinin axtarışları beş istiqamət üzrə davam etdirilir

Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin və “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri və bir dənizə enə bilən təyyarəsi cəlb olunub. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi müxtəlif istiqamətlər üzrə - bir gəmi “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku, bir gəmi “Şahdəniz” yatağı, bir gəmi “Makarov bankası” ətrafında, gəmilərdən biri Qaradağ-Ümid-Ələt sahəsində, digər bir gəmi isə Çilov adasının şimal-şərqində axtarışlar aparırlar.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, yanğının söndürülməsində hazırda 3 gəmi iştirak edir. “Boots&Coots” şirkətinin də yanğının söndürülməsində iştirak etməsi üçün isə hazırlıq işləri görülür.

 

DİGƏR Xəbərlər Arxiv