YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi açılıb

"ELANEXPO" beynəlxalq sərgi şirkətinin təşkilatçılığı ilə dekabrın 17-də Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ("Azerbaijan International Real Estate & Investment Exhibition" (RECEXPO)) açılıb.

Sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Kipr Türk Respublikası və Cənubi Afrika Respublikasından 100-dən çox şirkət iştirak edir.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Elnur Əsədov çıxışında qeyd edib ki, bu, Azərbaycanda daşınmaz əmlak bazarı sektorunda açılan ilk sərgidir. Bugünkü sərgidə daşınmaz əmlak bazarına investisiya qoymaq istəyən iş adamları, sərmayədarlar bir araya gələcəklər. Azərbaycan ölkə olaraq daşınmaz əmlak və investisiya yatırmaq istəyən şirkətlər üçün olduqca əhəmiyyətlidir.