YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikası müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbula yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, üçtərəfli formatda keçiriləcək növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişi nəzərdən keçiriləcək. Həmçinin regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.