Xəbərlər
Azərbaycan Respublikasının müdafiə sənayesi işçiləri orden, medallar və fəxri adlarla təltif olunublar
Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə müdafiə sənayesi işçilərinin orden və medallarla təltif olunması barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, on nəfər “Tərəqqi”, beş nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib.
Dövlətimizin başçısının digər Sərəncamı ilə isə Azərbaycanın müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə üç nəfərə “Əməkdar Mühəndis” fəxri adı verilib.