YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fövqəladə Hallar Nazirliyi ilə Fransanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Dekabrın 15-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Orelia Buşez ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Kəmaləddin Heydərov Fransanın ölkəmizdəki diplomatik nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə xanım Orelia Buşezi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə səfirə ətraflı məlumat verib.

Görüşə görə təşəkkürünü bildirən xanım Orelia Buşez bildirib ki, Fransanı ölkəmizdə təmsil etməkdən qürur hissi duyur. Səfir əlavə edib ki, diplomatik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə Fransanın uyğun strukturları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv