YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə xidmət edir

Dekabrın 15-də Vergilər Nazirliyində keçirilən mətbuat konfransında Vergi Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı KİV nümayəndələri məlumatlandırılıb.

Vergilər nazirinin 1-ci müavini Natiq Əmirov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın böyük inkişaf yolu keçdiyini, vergi ödəyicilərinin sayının artaraq, ölkədə sahibkarlar təbəqəsinin formalaşdığını və onun iqtisadiyyatımızın aparıcı hissəsinə çevrildiyini vurğulayıb.

Nazirliyin nümayəndəsi Natiq Şirinov isə qeyd edib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə xidmət edir.

Respublikada quraşdırılan post terminalların sayı ilə bağlı sualı cavablandıran N.Əmirov deyib ki, hazırda ölkədə 84 min POS-terminal fəaliyyət göstərir. Spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan obyektlərdə post terminalların yoxluğu ilə bağlı məlumatların statistikası aparılır. İlin sonunadək Bakıda və respublikanın bütün regionlarında POS-terminalların quraşdırılması təmin olunacaq.

Nəzərə çatdırılıb ki, POS-terminalların quraşdırılması üçün heç bir vəsait ödənilmir.