YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Səhiyyə islahatları dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir

«Azərbaycanda bütün sahələr dinamik inkişaf edir. Bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, beynəlxalq ekspertlər də qeyd edir ki, ölkəmizdə səhiyyənin güclü maddi-texniki bazası yaradılıb. Kifayət qədər səriştəli, savadlı kadr potensialı formalaşıb. Onun sözlərinə görə, səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır.

«Eyni zamanda, səhiyyənin həm dövlət, həm də özəl sektoru inkişaf edir. Ölkəmizin bütün regioanlarında müasir tibb ocaqları fəaliyyətdədir və tibb xidmət göstərmək üçün həm kadr potensialı, həm də maddi-texniki baza var. Bu il həmçinin, Azərbaycan Tibb Universtitetinin rezidentura mərhələsini bitirən tələbələrin artıq yüksək  hazırlıqlı həkim kadrlar kimi cəmiyyətə xidmət etməsinin şahidi olacağıq. Bu, tibb sahəsində  kadr hazırlığının yeni mərhələsinin həyata qədəm qoymasından xəbər verir»- deyə, komitə sədrinin müavini qeyd edib.

DİGƏR Xəbərlər Arxiv