YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin üzvləri "Günəşli" yatağında xəsarət alanlara baş çəkiblər

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndələri Mərkəzi Neftçilər xəstəxanasına gələrək "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alan neftçiləri ziyarət ediblər.

YAP Gənclər Birliyinin üzvləri xəstələrin səhhəti və müalicəsi ilə maraqlanıb, onların sağlamlıq durumu barədə həkimlərdən məlumat alıblar. Belə bir faciəli hadisənin baş verməsindən təəssüfləndiklərini bildirib və qeyd ediblər ki, bu hadisə bütün Azərbaycan gənclərini üzür və biz də onların kədərinə qoşuluruq. Bu hadisə bütün xalqımızın faciəsidir.