YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Ermənilərin cəbhə xəttində fəallaşması bölgədə sabitliyə və əmin-amanlığa böyük zərbə vurur

Rusiya ilə çox yaxın müttəfiqlik münasibətinə malikik. Uzun illərdir ki, qonşuyuq və vahid taleyi bölüşmüşük. Bu gün də regionda geden proseslərdə bu ölkələr biri digərindən ayrı şəkildə fəaliyyət göstərə bilməz. Bu heç kəsin marağında da deyil.

Bunu bu gün Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə bildirib.

B.Muradova qeyd edib ki, biz rusiyalı həmkarlarımızın Ermənistanla və ya başqa ölkələrlə münasibətlərinin Azərbaycana yönəlmədiyi barədə bəyanatlarını eşidirik: "Buna da inanmaq istəyirik ki, Ermənistanda yerləşən Rusiyanın hərbi bazasına helikopterlər göndərilməsi Rusiyanın milli və dövlət maraqlarına xidmət etsə də, bu maraqlar Azərbaycanın maraqları ilə toqquşmayacaq".

Ermənilərin son vaxtlar cəbhə xəttində fəallaşmasına münasibət bildirən B.Muradova deyib ki, elə bir gün yoxdur ki, ermənilər təxribata əl atmasınlar: "Bu müharibədir. Hər gün müharibə davam edir və hər iki tərəfdə insanlar həyatlarını itirir. Bu hadisələr bölgədə sabitliyə və əmin amanlığa böyük zərbə vurur."

 

DİGƏR Xəbərlər Arxiv