YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi

İyunun 11-də “Səs” qəzetinin redaksiyasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.

“Dəyirmi masa”da çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır.

Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, 1993-cü ilin iyununda parçalanmaqda olan Azərbaycanda Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə yeni bir dövr başlandı. Ölkə məhv olmaq təhlükəsindən xilas edildi. Bundan sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, ictimai-siyasi sabitlik bərpa olundu. Məhz buna görə də 1993-cü il iyunun 15-i Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.