YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlqar İsbatov: Böyük Bakının regional inkişaf planı layihəsində bir sıra vacib məsələlər nəzərdə tutulur

«Böyük Bakının regional inkişaf planı layihəsində Ələt, Sumqayıt və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində rels üzərində hərəkət edən ictimai nəqliyyat marşrutlarının açılması təklif olunur». Bu fikri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında «Bakıdövlətlayihə» İnstitutunun direktoru İlqar İsbatov deyib.

İ.İsbatov bildirib ki, rəhbərlik etdiyi qurumun irəli sürdüyü təkliflər sırasında bir çox aktual məsələlər yer alıb. Onun sözlərinə görə, layihəyə əsasən, su hövzələrinin və çirklənmiş torpaqların təmizlənməsi və neft ərazilərindəki məskunlaşma yerlərində yenidənqurma işlərinin aparılması, eləcə də Böyük Zirə adasında və şimaldakı sahilyanı ərazilərdə turizmin inkişafı istiqamətində tədbirlərin görülməsi planlaşdırılır.

«Eyni zamanda, sıradan çıxmış şəhərətrafı dəmir yolu xətlərinin bərpası da həllini gözləyən məsələlərdəndir. Layihədə Ələt, Səngəçal, Zığ, Xocasən, Dübəndi, Sumqayıt və Böyük Şor gölü ətrafında yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılması nəzərdə tutulur»- deyə, İ.İsbatov qeyd edib.