YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini uğurlu gənclər siyasəti təşkil edir

«Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini uğurlu gənclər siyasəti təşkil edir». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir. Onun fikrincə, bu baxımdan Azərbaycan dövlətinin də həyata keçirdiyi gənclər siyasəti strateji səciyyə daşıyır.

«Bu siyasətin fonunda gənclərin fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək, gənclər siyasəti sahəsində qanunvericilik aktlarının hazırlanmasına, həmçinin, həyata keçirilməsinə nail olmaq əsas  məqsədlər hesab edilir. Eyni zamanda bu yöndədövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir»- deyə, S.Orucov qeyd edib.