YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Ölkəmizdə sosial siyasət həyatımızın bütün sa­hə­lərinə böyük təsirini gös­tə­rməkdədir

«Azərbay­canda  sosial siyasətin inki­şa­fı yüksələn xətt üzrə getməsi artıq təkzibolunmaz reallıqdır. Ölkədə iqtisadi inkişaf nə­ti­­cəsində sosial ayırmaların həcminin artırılması, əha­li­nin ümumi rifah halının yüksəldilməsi dövlət sosial si­ya­­sətinin prioritetli sahəsi kimi diqqət mərkə­zin­dədir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat sə­viy­­yə­sinin yaxşılaş­dı­rılması dövlətin öz qarşısına qoy­duğu ən önəmli məq­sədlərdən bi­ridir. Onun sözlərinə görə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sa­hə­lərinə böyük təsirini gös­tə­rməkdədir.

«Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yeti­ri­ləcək tədbirlər res­pub­likada əhalinin sosial vəziy­yə­ti­nin getdikcə yax­şı­laşması üçün əsaslı zəmin yaradır. İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir»- deyə, komitə sədrinin müavini vurğulayıb.