YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Raqif Abbasov: Dövlətimizin gənclər və idman siyasəti ciddi nəticələr verir

«Əhalimizin 30 faizindən çoxunun yaşı 29-a qədər olan gənclərdir. Yaşı 35-ə qədər olanlar isə əhalinin yarısından çoxunu təşkil edir». Bunu Bpk ışəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov deyib.

R.Abbasov bildirib ki, dünya vahid orqanizm olaraq daim yeniliklər üzərində çalışır. Onun sözlərinə görə, Azərbaycan da dünyanın bir parçası olaraq, əlbəttə ki, bu prosesə xüsusi önəm verməlidir.

«Azərbaycanın nümayəndə heyətinin təmsil olunduğu xarici ölkələrdə istər gənclər, istərsə də idman siyasəti ilə bağlı il ərzində bizim nümayəndə heyətimiz gedir və ya ölkəmizə gəlirlər. Müzakirələrdə biz daha çox gəncin bu prosesə cəlb olunmasında maraqlıyıq. Digər bir tərəfdən isə biz əgər maddi texniki cəhətdən xaricilərə təklif edirdiksə, Azərbaycana gəlin, təlimlər keçirin, indi artıq Azərbaycana gələn qonaqlar bizə bunu deyir ki, “olarmı biz gələk təlim, məşq keçirək”. Yəni, Azərbaycan özünü idman ölkəsi kimi artıq tanıdıb. Bunu biz yox, dünya deyir. Deməli, bizim tutduğumuz hansı ki yol var, dövlət gənclər və idman siyasəti  ciddi nəticələr  verir. Bu da beynəlxlaq əməkdaşlığın müsbət nəticəsinin bir görüntüsüdür»- deyə, R.Abbasov qeyd edib.