YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Noyabrda BTC kəməri ilə 2,3 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

Noyabrda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 263 min 445 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında BTC ilə 26 milyon 373 min 898 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il dekabrın 1-nə qədər BTC-yə 290 milyon 213 min 744 ton neft vurulub.

Ötən ay BTC kəməri ilə 422 min 299 ton Türkmənistan nefti nəql edilib.