YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Meksika kinosu günləri keçiriləcək

Dekabrın 7-dən 11-dək Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bakıda Meksika kinosu günləri keçiriləcək.

Nazirlikdən bildirilib ki, dekabrın 7-də Nizami Kino Mərkəzində kino günlərinin açılışı olacaq.

Ölkələrimiz arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan kino günləri çərçivəsində “Səfil həyat”, “Makario”, “Ümid var”, “Varislər” və “Mirvari” bədii filmləri tamaşaçılara təqdim ediləcək.

Meksika filmləri Azərbaycan dilinə “Lider” televiziyası tərəfindən dublyaj olunub. Filmlərin nümayişlərinə giriş sərbəstdir.