YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin nümayəndəsi digər ölkələri Azərbaycanın İKT sahəsindəki təcrübəsindən bəhrələnməyə çağırıb

Azərbaycan informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində BMT-nin siyahısında yüksək pillədə qərarlaşıb. Biz təklif edirik ki, digər ölkələr Azərbaycanın bu sahədəki qazandığı təcrübədən bəhrələnsin və istifadə etsin. BMT bu sahənin daha da inkişaf etdirilməsi üçün Azərbaycana daim dəstək olacaq.

Bu fikirləri dekabrın 3-də Bakıda işə başlayan “İKT innovasiyalarının regional inkişaf mühitinin yaradılması” mövzusunda III Regional İnternet İdarəçilik Forumundakı çıxışında Azərbaycanda diplomatik fəaliyyəti başa çatmış BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek səsləndirib. O deyib: “Son illər Azərbaycanın İKT sektorunun inkişafı üçün mühüm addımlar atılıb. Bunun nəticəsində artıq Azərbaycan İKT sahəsində öz sözünü deyən ölkəyə çevrilib”.