YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Ağ Şəhər ofis binası Şərqi Avropa və Asiya Daşınmaz Əmlak Forumunda mükafata layiq görülüb

Ukraynanın paytaxtı Kiyevdə keçirilən Şərqi Avropa və Asiya Daşınmaz Əmlak Forumunda (Eastern Europe and Asia Real Estate Forum & Project Awards) Bakı Ağ Şəhər ofis binası ofislər kateqoriyasında Mükəmməllik sertifikatına layiq görülüb.

Ağ Şəhərin mətbuat xidmətindən bildirilib ki, forum Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan və Ukraynadan olan şirkətlər və təşkilatların iştirakı ilə reallaşdırılan kommersiya tipli daşınmaz əmlak bazarında unikal hadisədir.

Daşınmaz Əmlak Forumunda ofis, pərakəndə və logistika əmlak layihələrinə investisiya imkanları barədə müzakirələr aparılır, təqdimatlar keçirilir və mükafatın qalibləri elan edilir.

Fəaliyyətinin birinci il dönümünü qeyd edən Bakı Ağ Şəhər ofis binası hələ layihələndirilmə mərhələsində bir sıra beynəlxalq və yerli mükafatların qalibi adını qazanıb.

 

DİGƏR Xəbərlər Arxiv