YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kosta-Rika naziri Azərbaycan ilə əməkdaşlığın möhkəmləndirilməsi planlarından bəhs edir

Kosta-Rika mətbuatında bu ölkənin xarici işlər və etiqad naziri Manuel Qonzales Sansın Azərbaycana səfəri ilə bağlı məqalələr yayılıb.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən  məlumat verilib.

“The Costa Rica News” xəbər portalında yayılmış

“Kosta-Rika və Azərbaycan iqtisadi əlaqələri möhkəmləndirəcəklər” adlı məqalədə Prezident İlham Əliyevin nazir Manuel Qonzales Sansı qəbul etməsindən, görüş zamanı aparılan müzakirələrdən bəhs edilir. Müəllif vurğulayır ki, neftlə zəngin Azərbaycan və kənd təsərrüfatı sahəsində imkanları ilə dünyada tanınan Kosta-Rika əlaqələri möhkəmləndirməyi planlaşdırırlar.

Məqalədə Bakıda həyata keçirilən sürətli tikinti-quruculuq işlərinin nazirdə böyük təəssürat yaratdığı, Bakının dünya neft sənayesində böyük oyunçu olduğu, neft və qaz sahələrində fəaliyyət göstərən iri şirkətlərin paytaxtda bazalarının yerləşdiyi bildirilir, Azərbaycan Dövlət Neft Fondunun imkanları barədə məlumat verilir.

Yazıda nazir M.Q.Sansa istinadən Kosta-Rikanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq hüquqa inandığı və BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəklədiyi vurğulanır.

“Diario Extra” qəzetində nazir Manuel Qonzales Sansın müəllifi olduğu “Kosta-Rika böyük bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlara malik yeni tərəfdaşlara yaxınlaşır” adlı məqalədə yeni siyasi dialoq və əməkdaşlığın əldə olunması, eləcə də investisiya cəlb edilməsi ilə əlaqədar coğrafi baxımdan fərqli ölkələrlə əməkdaşlığın Kosta-Rika tərəfindən real hədəf kimi qoyulduğu diqqətə çatdırılır. İqtisadiyyat diplomatiyasının gücləndirilməsi məqsədilə Avrasiyada iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrlə əlaqələr qurmağa xüsusi diqqət yetirildiyi, bu baxımdan xarici siyasət idarəsinin rəhbəri tərəfindən Azərbaycana və Qazaxıstana səfərlərin həyata keçirildiyi bildirilir.

M.Q.Sans Kosta-Rikanın tarixində ilk xarici işlər naziri olaraq Xəzər dənizi hövzəsində zəngin enerji resurslarına malik Azərbaycana səfər etdiyini vurğulayır. O, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə və digər yüksək səviyyəli rəsmilərlə görüşü barədə məlumat verir.

Nazir vurğulayır ki, Azərbaycan və Qazaxıstan neftlə zəngin ölkələrdir və hər iki ölkə bir çox sahələrdə Kosta-Rika ilə əməkdaşlıq etməkdə maraqlıdır. Bu səbəbdən hər iki ölkəyə səfər etdiyini və bunun Kosta-Rika üçün faydalı olacağını oxucuların diqqətinə çatdırır.