YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Qadın problemlərinə dövlət səviyyəsində diqqət və qayğını biz həmişə hiss edirik

«Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır, ardıcıl tədbirlər həyata keçirilir». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə DÖvlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, qadın problemlərinə dövlət səviyyəsində diqqət və qayğını biz həmişə hiss edirik. Onun sözlərinə görə, yeni qanunvericilik aktları, ölkə Prezidentinin Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, gender siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu sahədə böyük işlərin görüldüyünü əyani surətdə nümayiş etdirir.
«Son illərdə Azərbaycanın ictimai-siyasi, elmi-iqtisadi həyatında çox mühüm dəyişikliklər, mühüm yüksəliş baş verməkdədir. Xüsusən qadın hərəkatı öz fəaliyyətini daha da gücləndirir. Biz  bu gün mürəkkəb, lakin şərəfli bir dövrdə yaşayırıq. Vətənimizin günü-gündən inkişaf etdiyi bir zamanda Azərbaycan xanımları əsası Ulu öndər tərəfindən qoyulmuş qadın siyasətinin fəal iştirakçılarına çevriliblər. Azərbaycanda müşahidə olunan surətli iqtisadi inkişafın nəticəsi olaraq hər bir ölkə vətəndaşı öz  peşəkar həyatında böyük uğurlar qazanmaq  imkanları əldə edib. Təcrübə göstərir ki, demokratik inkişaf yolu seçən hər bir  müasir cəmiyyətdə  zamanın dinamikası yeni vərdişlər, yeni bacarıqlar tələb edir. Bu da qadınları cəmiyyət həyatında daha fəal iştirak etməyə sövq edir. Bu gün Azərbaycan xanımları cəmiyyət həyatının hər bir  sahəsinə surətlə inteqrasiya olunmaqdan əlavə, öz fəaliyyətlərində, işlərində, həyata keçirilən  yeni layihələrdə böyük inkişaf  nümayiş etdirirlər»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv