YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Brüsseldə NATO-nun toplantısında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun dekabrın 1-2-də Brüssel şəhərində keçiriləcək Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlər toplantısında iştirak edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, toplantıda Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.