YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Minskdə Belarus-Azərbaycan biznes forumu keçirilib

Noyabrın 26-da Minskdə Belarus-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm, maliyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxışında Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilir ki, ölkələrimiz arasında lazımi müqavilə-hüquqi baza yaradılıb. İndiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 90-a yaxın sənəd imzalanıb.

Ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən Şahin Mustafayev ticarət dövriyyəsinin genişləndirilməsi və şaxələndirilməsi məqsədilə ölkələrimizin birgə səylərini artırmasının əhəmiyyətini qeyd edib. Hazırda Azərbaycanda Belarus kapitallı 30-a yaxın şirkət, Belarusda isə 60 Azərbaycan şirkəti fəaliyyət göstərir. Sənaye sahəsində də ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, Gəncə Avtomobil Zavodu və Minsk traktor və avtomobil zavodu arasında səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır. Nazir Şahin Mustafayev iş adamlarını sənaye, kənd təsərrüfatı, İKT, əczaçılıq və digər sahələrdə daha sıx əməkdaşlığa dəvət edib, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib.

Belarus Respublikasının sənaye naziri Vitali Vovk Belarus və Azərbaycan arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri barədə danışıb, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini vurğulayıb. Bildirilib ki, belə tədbirlərin davam etdirilməsi iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verir.

Biznes forum işini bu gün də davam etdirəcək.

 

DİGƏR Xəbərlər Arxiv