YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Məmmədov: Azərbaycan və onun bu gün Avropa ilə bölüşə biləcəyi multikultural mənəvi dəyərlər böyük əhəmiyyət kəsb edir

«Dünyada sülh və sabitliyin davamlı olması, milliyyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün bəşəriyyətin əmin-amanlıq içərisində yaşaması üçün səylər göstərən beynəlxalq təşkilatlar, dünyanın aparıcı güc dövlətləri də daim müsbət təcrübənin paylaşılmasının tərəfdarıdır. Onlar hər zaman öz tövsiyələrində buna üstünlük verirlər». Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov deyib.

A.Məmmədov bildirib ki, tarixən özəlliyi və birgəyaşayışa müsbət təsiri ilə seçilən tolerantlığın Azərbaycan modelinin, həmçinin Azərbaycan multikulturalizminin davamlı şəkildə öyrənilməsi və dünyada təbliği özü-özlüyündə dünya insanını sülhə çağırışa bir töhfədir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət, dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla yüksək səviyyədə qurulan münasibətlər, dünya inciləri olan maddi-mədəniyyət abidələrinin qorunmasına ölkəmizin verdiyi töhfələr Azərbaycanın əhəmiyyətini artırır.

«Azərbaycan və onun bu gün Avropa ilə bölüşə biləcəyi multikultural mənəvi dəyərlər böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkəmizin bu sahədə təcrübəsi digər ölkələr üçün nümunədir»- deyə, A.Məmmədov qeyd edib.