YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistan terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırıb

«Dünyada baş verən proseslər bəlkə də indiki qədər təhlükəli olmayıb. Təbii ki, belə proses bizim region üçün də təsirsiz olmur. Çünki Cənubi Qafqaz çox mürəkkəb regiondur». Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki,gərgin  proseslər regionumuzdan elə də uzaqda cərəyan eləmir. Onun fikrincə, bütün bunlar Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı məsələləri bir daha qabardır.

«Bu regionun bir dövləti - Ermənistan terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırıb. Onlar faktiki olaraq, İŞİD-in müttəfiqi kimi çıxış edirlər. Terror təşkilatları ona görə güclüdürlər ki, onlar əlaqələndirilmiş, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Bu, Ermənistanla İŞİD-in yaxın əlaqələrinin olmasına dəlalət edir. Bütün bunlar dünya dövlətlərini düşünməyə vadar etməli, konkret addımlar atmağa sövq etməlidir. İŞİD-i düşmən elan edib onunla sıx münasibətdə olan Ermənistanı dost elan etmək dünyanı ümumi bəlaya yuvarladar, terrorla mübarizəni nəticəsiz edər. Ona görə də lider dövlətlər bu məsələni bir daha düşünməlidirlər»- deyə, E.Nəsirov qeyd edib.