YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Parlament seçkiləri Azərbaycanın demokratiyaya sadiq olduğunu bir daha sübut edib

Noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə etmişdir. Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilmişdir. Beynəlxalq və yerli müşahidəçilər bunu təsdiq etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev beşinci çağırış Milli Məclisin ilk iclasında bu haqda danışarkən seçki prosesini beş yüzdən çox beynəlxalq, on minlərlə yerli müşahidəçinin izlədiyini qeyd edib. Dövlətimizin başçısı deyib: “Ümumi fikir belə olmuşdur ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə etmişdir. Mən xüsusilə Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm. Seçkilərin nəticələrini eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb və demokratiyaya sadiq olduğunu bir daha sübut edib.

 

DİGƏR Xəbərlər Arxiv