YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev "Leadership Award" mükafatına layiq görülüb

Amerika-Azərbaycan Ticarət Palatası (AMCHAM) Azərbaycan Prezidenti İlham Əliyevi daimi diqqətə və münasibətlərin inkişafına verdiyi töhfəyə görə "Leadership Award" mükafatına layiq görüb.

Trend-in məlumatına görə, mükafatı dövlət başçısının adından Azərbaycanın maliyyə naziri Samir Şərifov qəbul edib.

Mükafat Bakıda AMCHAM-ın 20 illiyinə və ABŞ ticarət missiyasının Azərbaycana səfərinə həsr olunmuş tədbirdə verilib.