YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası öz uğurlarını xalqla daimi vəhdətindən əldə edib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 23 illiyi Bakı Ali Neft Məktəbində də qeyd edilib.

Məktəbin rektoru Elmar Qasımov YAP-ın yarandığı 23 illik bir dövrdə partiyanın keçdiyi tarixi yola və görülən işlərə diqqət çəkib. Bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 23 il ərzində tarixi əhəmiyyətli işlər görüb. Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. O, Yeni Azərbaycan Partiyasının 23 illik dövrdə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda ən fəal, ən qabaqcıl siyasi rol oynadığını vurğulayıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 23 il ərzində Azərbaycanın dağılma, parçalanma, bir dövlət kimi məhv olma təhlükəsi yaşadığı dövrdən bugünkü inkişafına, regionun ən güclü dövləti kimi özünü təsdiqləməsinə qədər həm çox çətin, həm də şərəfli bir yol keçib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov 23 illik tarixə diqqət çəkərək bu dövrdə partiyanın Azərbaycan xalqı qarşısında gördüyü işlərin çox yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik uğrunda yorulmadan xidmət edərək öz uğurlu fəaliyyəti ilə ölkəmizi dünya miqyasında tanıtmağa nail olub. İctimai proseslərin önündə yer alan, müstəqil Azərbaycanın tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını həmişə xalqla olan vəhdətindən əldə edib. Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, o cümlədən bugünkü tərəqqisinin əldə olunmasında müstəsna rol oynamaqla bərabər, ən mütəşəkkil, nüfuzlu, ən qabaqcıl və tərəqqipərvər siyasi partiya olduğunu Azərbaycan xalqı qarşısında xidmətləri və əməlləri ilə təsdiq edib.

 

DİGƏR Partiya xəbərləri Arxiv