Xəbərlər
Bakıda Azərbaycan-Amerika Birləşmiş Ştatları işgüzar görüşü keçirilir

Noyabrın 19-da Bakıda Azərbaycan-Amerika Birləşmiş Ştatları işgüzar görüşü işə başlayıb.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev ölkələrimiz arasında mövcud münasibətlərdən danışıb. Nazir müavini Azərbaycanın beynəlxalq miqyasda iqtisadi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb, bu məqsədlə işgüzar dairələrin iştirakı ilə təşkil edilən tədbirlərin əməkdaşlığın dərinləşməsində əhəmiyyətini vurğulayıb.
ABŞ Ticarət Departamentinin rəhbərinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli iki ölkənin iqtisadi ticarət əlaqələrinə dair məlumat verib.