YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Bir milyon qaçqın və məcburi köçkünün üçdə biri uşaqlardır

«Dövlətin həyata keçirdiyi sosial siyasətdə uşaq problemlərinin həlli hər zaman gündəmdə olub». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, uşaq hüquqları ilə bağlı ölkəmizdə mükəmməl qanunvericilik formalaşıb. Onun sözlərinə görə,  son 20 ildə bu sahədə 300-dək sənəd qəbul olunub.

Komitə sədri qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan uşaq hüquqlarının pozulmasından əziyyət çəkir.

 «Bir milyon qaçqın və məcburi köçkünün üçdə biri uşaqlardır. 200 minə qədər qaçqın və məcburi köçkün uşaqlar vaxtilə çadırda yaşayırdı və bu, uşaqlara qarşı  zorakılığın nümunəsidir. Dövlətimiz bu kateqoriyaya insanların sosial şəraitinin yaxşılaşdırılması üçün lazım olan bütün addımları atır»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv