YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət yetirir

«Müasir dünyada təhsilin nə dərəcədə mühüm rol oynadığı bütün cəmiyyətə məlumdur». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, bu baxımdan,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” böyük əhəmiyyət kəsb edir.

«Təhsilin, o cümlədən ali təhsilin inkişafı üçün ölkəmizdə bir sıra tədbirlər reallaşdırılır. Hər bir tələbənin, məzunun ixtisas bacarıqlarını reallaşdırması və təkmilləşdirməsi üçün virtual müəssisələrin yaradılması təcrübəsi də əhəmiyyətlidir. Bu amil gənclərin karyera taleyində mühüm rol oynayır»- deyə, nazir vurğulayıb.