YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aynur Sofiyeva: Azərbaycanda uşaq hüquqlarının qorunması və təmin edilməsi üçün əlverişli mühit yaradılıb

Azərbaycanda uşaq hüquqlarının qorunması və təmin edilməsi üçün əlverişli mühit yaradılıb. Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

A.Sofiyeva bildirib ki, uşaqların hüquq və azadlıqlarının qorunması, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Onun sözlərinə görə, bu sıraya  onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması da daxildir.

«Hər bir ölkənin gələcək inkişafı üçün bu sahəyə mütləq xüsusi diqqət yetirməlidir. Uşaq hüquqları ilə əlaqədar qanunverciliyin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır» - deyə, A.Sofiyeva qeyd edib.