YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Tələbə Şəbəkəsi dünyada baş vermiş son terror aktları ilə əlaqədar bəyanat yayıb

Fransa və Livanda baş vermiş son terror aktları Azərbaycan Tələbə Şəbəkəsini (ATŞ) dərindən sarsıdaraq kədərləndirib. Terrorizm bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri kimi artıq uzun illərdir dünyanın hər yerinə yayılmaqdadır. Son illərin acı təcrübəsi bir daha göstərdi ki, müasir dövrdə terrorizm sərhəd tanımadan ən yüksək inkişaf etmiş dövlətlərə belə ağır zərbələr vurmaqla ümumilikdə bütün dünyanı bu cinayəti törədənlərə qarşı birlikdə olmağa və əməkdaşlıq etməyə vadar edir.

Bəyanatda bildirilir ki, terrorizmin ən dəhşətli formalarına məruz qalmış azərbaycanlılar bu gün həm Yaxın Şərqdə, həm də Avropada qatillərin amansız əməllərindən əziyyət çəkən insanları çox yaxşı anlayır. Azərbaycan xalqı keçən əsrdə dəfələrlə bədnam qonşu ermənilər tərəfindən oxşar cinayətlərə məruz qalıb, minlərlə vətəndaşını itirib, yüzminlərlə vətəndaşı isə ata-baba yurdundan didərgin düşüb. Ermənilərin törətdiyi qətliamlarda etnik səbəblərlə yanaşı, həm də dini zəmində formalaşmış anti-müsəlman nifrəti də mühüm faktor olub. Bunu Xocalı soyqırımı zamanı ermənilərin xristian simvollarından çox sayda istifadə etməsi də təsdiq edirdi. Buna rəğmən, Azərbaycan xalqı heç zaman fərqli dinlər arasında nifrəti alovlandırmayıb və “Xristian terrorizmi” kimi bütün Xristian dinini və ona inananları hədəf alan şüarlardan istifadə etməyib və heç kimə, eləcə də ermənilərə qarşı analoji terror aktları törətməyib.

Azərbaycan xalqının bütün millətlərin və dinlərin sülh içərisində yaşamasını təbliğ edən dəyərlərinin təbliğatçısı olaraq ATŞ-nin Holy See ilə birgə hazırladığı https://www.youtube.com/watch?v=6UP-NRomDRI video rolikdə xristian, müsəlman, hindi və yəhudi dinlərindən olan uşaqlar Roma Papası Francislə görüşür və ondan sülh üçün, bütün dinlərdən olan uşaqların qorxusuz yaşaya biləcəyi bir dünya üçün dua etməsini xahiş edir. Bu video roliklə ATŞ hər kəsə xatırlatmaq istəyir ki, müxtəlif terrorist qrupların dünyada sülhü məhv etmək, dinlər və xalqlar arasında xaos yaratmaq üçün yorulmadan çalışdığı dövrümüzdə, kiçik marjinal qrupların belə niyyətlərini ifşa etməyin, onların din pərdəsi altında yaydıqları bu nifrətin əsiri olmamağın və sülh üçün həmrəy olmağın əhəmiyyəti hər zamankına nisbətən daha çox artıb.

ATŞ hər bir həmyerlisini heç bir etnik, dini, milli, mədəni fərq tanımadan, hər kəs üçün, istər Xocalıda, istər Beslanda və ya Parisdə, Moskvada, Ankara, Beyrutda, bir sözlə dünyanın hər yerində insanların təhlükəsiz və sülh içərisində yaşamasını arzulamağa və bu dəyərlər uğrunda çalışmağa səsləyir.