Xəbərlər
“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 1887 nömrəli dərin dəniz özülündən 2678 nömrəli quyu qazmadan sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, kompleks qazma işləri tresti tərəfindən fasilə lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2500-2493 metr intervaldan sutkalıq 24 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.