YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Azərbaycan qarşıdakı illərdə ev sahibliyi edəcəyi mötəbər yarışları yüksək səviyyədə təşkil edəcək

«Dünyanın diqqət mərkəzində olan “Bakı-2015” birinci Avropa Oyunları yalnız idman yarışı deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının, qazandığı uğurların, sosial-iqtisadi inkişafının göstəricisi idi». Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, bu gün Azərbaycan əldə etdiyi mühüm uğurlarla fəxr edə bilər. Onun sözlərinə görə, ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər, o cümlədən “Bakı-2015” birinci Avropa Oyunları Azərbaycanın qazandığı uğurların təbliği baxımından yaxşı fürsət idi.
«Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan bu mühüm idman yarışının beynəlxalq standartlarını yaradıb. Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən möhtəşəm hazırlıq və təşkilatçılıq işləri nəticəsində “Bakı-2015” Azərbaycan xalqının qürur mənbəyinə çevrilib, yaddaşlarda həm də parlaq mədəni tədbir kimi qalıb. Bir sözlə, bu Oyunlar ölkəmizi kəşf etmək üçün yaxşı imkan olub. Azərbaycan qarşıdakı illərdə ev sahibliyi edəcəyi mötəbər yarışları, o cümlədən IV İslam Həmrəylik Oyunları, Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, “Avro-2020”nin qrup mərhələsinin oyunlarını da yüksək səviyyədə təşkil edəcək»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv