YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkədə ümumi daxili məhsul istehsalı 3,3 faizdən çox artıb

2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 45,9 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,3% çox ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən  verilən xəbərə görə, əlavə dəyərin 33,8%-i sənayedə, 13,8%-i tikintidə, 9,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqcılıq, 5,3%-i nəqliyyat və anbar təsərrüfatı, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 18,9%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər UDM-in 7,6%-ni təşkil edib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,1% artaraq 4825,3 manata bərabər olub. 

DİGƏR Xəbərlər Arxiv