YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Uğurlarımızı saymaqla bitməz

Müsahibimiz MM-in deputatı, YAP Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı

- Məlahət xanım, Azərbaycan mühüm bir siyasi kampaniya ərəfəsindədir.  Qarşıdan parlament seçkiləri gəlir. O da bəllidir ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir. Seçkiöncəsi dönəmdə ictimai-siyasi subyektlərin fəaliyyətinə yaradılan şəraiti, o cümlədən mövcud demokratik mühiti necə dəyərləndirirsiniz?

- Öncə mən Sizin sualınızın mahiyyətinə uyğun olaraq çox maraqlı bir məlumatı çatdırmaq istəyirəm. Bu yaxınlarda tanınmış bir beynəlxalq təşkilatın apardığı sorğunun nəticəsi olaraq,  Bakının adı (sözsüz ki, Azərbaycanın) dünyanın  sabitliyi, təhlükəsizliyi və əmin amanlığına görə  seçilən 100 şəhər arasında idi. Respondentlər üçün sual belə qoyulmuşdur –dünyanın hansı təhlükəsiz şəhərlərində yaşamaq istərdiz. Respondentlərin qeyd etdiyi cavablarda Bakının adını gördükdə sevinməmək mümkün deyil. Bu həqiqətdir. Bu həqiqət məhz ölkəmizin prezidenti, YAP-ın Sədri möhtərəm cənab İlham Əliyev tərəfindən, onun həyata keçirdiyi siyasət nəticəsində  yaradılmışdır. Bunu həm Azərbaycan  vətəndaşları, həm də Azərbaycanı sevən, onun xaricdən olan dostları   bilir və yüksək dəyərləndirilir hər kəs bilir. Əlbəttə belə bir  fonda mövcud demokratik mühit də bu dayanıqlı və davamlı ictimai-siyasi sabitliyə  uyğun olacaqdır. Bu mənada  siyasi mənsubiyyətindən asılı olmayaraq hər  bir namizəd üçün çox əlverişli seçkiöncəsi mühit mövcüddur. Bilirsiz bu dayanıqlı və davamlı ictimai-siyasi sabit  mühit  bu ilin 1 noyabrında ölkədə keçiriləcək  parlament seçkisi üçün yaradılmamışdır. Bu dövlətimizin və onun rəhbərinin öz xalqı və vətəndaşı üçün yaratdığı şəraitdir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə artıq neçə illərdir ki, uğurla həyata  keçirilən beynəlxalq layihələrin  ənənəyə çevrilməsidir. Qürurla deməliyik ki, Azərbaycan dünyada getdikcə artan ksenofobiya, irqi ayrı-seçkilik, rasizm, terrorun, separatizmin, etnik qarçıdurmanın fonunda bir sabitlik adasıdır.

- Azərbaycan siyasi palitrasının avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq işlərini necə qiymətləndirirsiniz?  

- Bilirsiz Yeni Azərbaycan Partiyası  seçkiyə hazırlığı ölkədə keçiriləcək seçkilər zamanı seçki məccəlləsində ayrılmış zaman ərzində qurmur. Siz əgər  Yeni Azərbaycan Partiyasının  fəaliyyətinə nəzər salsaz,  görərsiz ki, bu partiya seçki oldu olmadı sanki sabah seçkiyə gedəcəkdir və  hər zaman seçkidə qalibiyyət qazanmaq vəziyyətindədir. Yəni digər siyasi partiyalardan fərqli olaraq Yeni Azərbaycan Partiyası sanki bir müsəlləh əsgərdir. Bu mənada mən Partiyamızın seçki hazırlığını yüksək qiymətləndirirəm.

- Rəhbərlik etdiyiniz YAP Nəsimi rayon təşkilatı parlament seçkilərinə necə hazırlaşır?

- Sədri olduğum YAP Nəsimi rayon təşkilatı da ümumi olaraq, Yeni Azərbaycan Partiyasının bir hissəsi kimi vahid komandada və  Partiyamızda çox təcrübəli və peşəkar  fəallar olduğundan rayon təşkilatının seçkilərə hazırlığını qənaətbəxş qiymətləndirmək olar.  Bilirsiz mən sizə bir gerçəkliyi de demək istərdim, Partiyamızın uğurunun  əsasında xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasətinə  olan  sadiqliyi və ölkəmizin prezidenti, YAP-ın Sədri möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə inamı, etibarı və dəstəyidir. Bu məntiqlə deyə bilərik ki, milli maraqlara xidmət edən  Yeni Azərbaycan Partiyasının  qələbəsi şübhəsizdir. 

- Bəlli olduğu kimi, həyata keçirilən praqmatik daxili və xarici siyasətin fonunda Azərbaycanın beynəlxalq mövqeyi, eləcə demokratik ölkə imici davamlı olaraq möhkəmlənir.  Bu barədə fikirlərinizi bilmək istərdik...

- Azərbaycanın aparmış olduğu effektiv daxili və xarici siyasəti demokratik olmaqla, yanaşı suverenlik və ədalət prinsipinə əsaslanır.  Sırf bu prinsiplər əsasında daxili və xarici siyasət formalaşır və milli maraqlar təmin olunur.  Təbii ki, demokratik ölkə imici xarici siyasətin təməlində dayanır.  Qərbə interqrasiya və demokratik dəyərlərin Azərbaycanın daxili siyasətində tətbiqi və effektiv nəticələr verir. Azərbaycan bir çox beynəlxalq təşkilatların və demokratik qurumlarda fəal təmsil olunur.  2012-2014-cü illər BMT Təhlükəsizlik Şurasının 155 səslə qeyri-daimi üzv seçilməsi və bir çox mötəbər beynəlxalq oyunların və konfransların Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.  Diğər tərəfdən Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının  İnsan  İnkişafı İndeksində ilbəil irəliləməktədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan cəmi 25 ildir ki, müstəqildir, lakin bu müddətə iqtisadi inkişaf tempi və demokratik inkişafına görə dünyanın ən qabaqcıl ölkələri arasında öz yerini tutmaqdadır və bir neçə əsrə demokratik ölkə imici formalaşdıran dövlətlərlə müqayisədə Azərbaycan bugünkü demokratik ölkə imicini 90-ci illərin çətin dönəmlərindən keçərək əldə etmişdir. Bu səbəbdən xüsusilə, Cənab Prezident də öz çıxışlarının birində belə qeyd etmişdi:            

“ Azərbaycanın bir yolu var, bu da inkişaf, demokratiya yoludur. ” Azərbaycanda demokratiyanın möhkəmlənməsi və inkişafı naminə dövlət strategiyaları qəbul olunur və müvəffəqiyyətlə həyata keçirilir. Bunun nəticəsi olaraq, Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub-Cənub mükafatı ilə təltif olunub.

- Təəssüflər olsun ki, Azərbaycanın müstəqil siyasətini narahatlıqla qarşılayan bəzi xarici dairələr ölkəmizə qarşı “qara piar” kampaniyası aparır, təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də,  parlament seçkiləri ərəfəsində bəzi xarici dairələrin ölkəmizə qarşı qərəzli çıxışlarının, bəyanatlarının artmasını nə ilə əlaqələndirirsiniz?

- Bilirsiz əvvəllər düşünürdük ki, ölkəmiz gücləndikcə, beynəlxalq aləmdə  mövqeyi artdıqca ölkəmizə qarşı ədalətsiz, qərəzli və bəzi hallarda düşməncəsinə yanaşan qüvvələr geriyə çəkiləcəklər. Amma indi bunun tərsi ilə üzləşmişik. biz ictimaiyyətə də bu məsələləri açıq deməliyik. Əslində bu sualınıza qismən də olsa bundən əvvəlki suallarınızda cavab verdim. Təkrar o məqamlara toxunmaq  istəməzdim. Ölkəmiz bu gün bir çox hallarda dünyanın inkişaf etmiş böyük dövlətlətləri ilə yarışlarda, müsabiqələrdə iştirak edir. Bir neçə il bundan öncəyədək Azərbaycanda insanlar xaricdə keçirilən tədbirlərdə iştirak etməyin sanki həsrətində idi. Azərbaycan bu gün humanitar tədbirlərə, beynəlxalq layihələrə  ev sahibliyi edir, qlobal problemlərin müzakirə məkanına çevrilmişdir. Dünyanın tanınmış siyasi liderləri tolarantlığın və multikultiralizmin mərkəzi və beşiyi olan ölkəmizdə gələcəyin ümumi yol xəritəsinin hazırlanması,  insanlığın qorunması üşün səylərin birləşdirilməsi və yolların axtarılması üçün bir araya gəlirlər. Bütün bunlar sözsüz ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun ilbəil artmasından, möhtərəm Prezidentimizin şəxsi nüfuzundan qaynaqlanır. 2003-cü ildən bugünədək əldə etdiyimiz uğurlar haqqında günlərlə danışa bilərik. Yeni Azərbaycan Partiyasının sonuncu parlament seçkisindən bu il  noyabrda keçiriləcək seçkiyədək olan müddətdəki uğurlara baxsaq, təkcə  Azərbaycanın BMT Təhlukəsizlik Şurasına 155 səslə iki il müddətinə keçici üzv seçilməsi uğuru  haqda desək kifayətdir. Uzun illər dövlətçiliyi olan ölkələr hələ də buna nail ola bilməyiblər. Bu çox böyük uğur idi. Uğurlarımızı saymaqla bitməz. Bizim Partiyamız və Partiyamızın Lideri ancaq öz xalqına və onun milli maraqlarına xidmət edir və bu missiya onun üçün  şərəfdir. Çox təəsüf ki,  ötən seçkiyə həyata keçirilən praqmatik daxili və xarici siyasətin fonunda Azərbaycanın beynəlxalq mövqeyi, eləcə demokratik ölkə imici davamlı olaraq möhkəmlənir. Azərbaycanın tanınması və demokratikləşmə yolunda atdığı iri addımlar öz müstəqil xarici siyasətini həyata keçirir. Lakin, bu heç də həmişə diğər büyük dövlətlərin milli maraqları ilə üst -üstə düşmür. Beləliklə, sözü gedən dövlətlər ikili standart siyasətin riyakarlıqla Azərbaycanın imicini zədələmək və təzyiq vasitəsi kimi qətnamə və qərarlardan istifadə edirlər.  Məsələn, AŞPA Dağlıq Qarabağa dair qətnaməsində əvvəl Ermənistan tərəfindən işğalı faktını dəstəkləsədə, Avropa oyunları ərəfəsində düzəliş edərək, AŞPA Dağlıq Qarabağ münaqişəsi olduğunu nəzərə alır.  Qəbul etdikləri qərarları təkzib edirlər. Demokratiya carçısı olan belə bir təşkilat necə ola bilər ki, öz qəbul etdiklərə qərara düzəliş etsinlər.  Bu addım Avropa Şurasına konfliktlərin nizamlanmasında, xüsusilə AŞPA fəalliyətinə olan etibarı və ciddiliyini itirir. AŞPA-da digər etiraz doğuran digər məqam isə işğalçı dövlət olan Ermənistanı Azərbaycanla eyni səviyyədə münasibət göstərilməsidir.  Qara piyar kampaniyası və digər təxribat məqsədli addımlar, demokratiyanın dəstəklənməsindən daha Azərbaycana öz iradələrini qəbul etdirmək üçün təzyiq vasitəsidir. Bu həmçinin, Azərbaycanın iqtisadi və siyası inkişafına manə olmaq mahiyyəti daşıyır, çünki Azərbaycan iqtisadi cəhətdən nə qədər inkişaf edərsə, xarici siyasətdə reaktiv dövlətdən, aktiv siyasət yürüdən dövlətə çeviriləcək. Halbuki, bu Azərbaycana təzyiq göstərməyə çalışan heç bir böyük güclərin marağına xidmət etmir.  

Diğər tərəfdən,  Azərbaycanda olan dini toleranslıq,  vicdan azadlığı və multikulturalizm diğər dövlətlərə, hətta demokratiyanın ən yüksək pilləsində qərarlaşan dövlətlərə nümunədir. Bununla bağlı məqalələri dünyanın ən tanınmış jurnallarından olan Vaşinqton Postda daha ətraflı görə bilərik.