YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici İşlər Nazirliyi tərəfindən İƏT və Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə səfir Aqşin Mehdiyevin namizədliyi irəli sürülüb

Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi vakant vəzifəsinə xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyevin namizədliyi irəli sürülüb. Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

2015-ci il noyabrın 4-də İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in baş katibi tərəfindən səfir Aqşin Mehdiyevin təşkilatın Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul olunması təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 2015-ci il dekabrın 1-dən etibarən başlayacağı bildirilib.

Səfir Aqşin Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında daimi nümayəndəsi olub.

 

DİGƏR Xəbərlər Arxiv