YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur”

Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının və “Qubadlı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və görkəmli oftolmaloq-alim Zərifə xanım Əliyevanın anadan olmalarının 101-ci ildönümü münasibətilə  “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra akademik Zərifə xanım Əliyevaya həsr olunan sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Qubadlı rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Həsənov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov və digərləri görkəmli alim Zərifə Əliyevanın Azərbaycan elminə verdiyi töhfələrdən danışıb, akademikin insani keyfiyyətlərindən bəhs ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə səhiyyənin inkişafına böyük diqqət və qayğı göstərdiyi qeyd olunub. Vurğulanıb ki, Ulu Öndər xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə qeyd edib. Ümummilli Lider səhiyyəni cəmiyyətin və dövlətin həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirib.